`Leyla Yunus da, Xədicə də ermənidir…` - Fəzail Ağamalı

`Leyla Yunus da, Xədicə də ermənidir…`  - Fəzail Ağamalı
  11 İyun 2015    Oxunub:3876
“Anti-Azərbaycan kampaniyası erməni diasporu və ermənipərəst dairələr tərəfindən planlaşdırılıb və vahid mərkəzdən idarə olunur. Bu kampaniyanını I Avropa Oyunları ərəfəsində daha da şiddətlənməsi təsadüfi deyil”.

Bu fikirləri AzVison.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Avropa Parlamentində Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiya və dinləmələrə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə gücü, qüdrəti artdıqca, erməni diasporu və onları müdafiə edən qüvvələr narahatlıq keçirirlər: “Onlar Azərbaycanı sabit, yüksək səviyyədə inkişaf etmiş, demokratik bir ölkə kimi görmək istəmirlər. Bu addımları ilə sübut edirlər ki, onlar Azərbaycanı da Suriya, Yəmən, İraq kimi görmək istəyirlər. Bu cəhənnəm odunu içlərində daşıyan insanlar tam mənada lənətə layiqdirlər. Amma onların cəhdləri baş tutmayacaq. Çünki, Azərbaycanın dünya səviyyəli lideri var və xalqın iradəsinə söykənərək müstəqil siyasət aparır. Bu isə anti-Azərbaycan dairələrini qıcıqlandırır”.

F.Ağamalının fikrincə, Avropa Parlamentdə Azərbaycana düşmən kəsilən Leyla Yunus, Xədicə İsmayıl və digərlərinin şəkilləri ilə aksiya keçirənlər sübut edir ki, onları birləşdirən ermənidir.

“Onların ortaq nöqtələri erməni amilində birləşir. Eyni zamanda Avropa Parlamenti də erməni diasporunun təsiri altındadır. Çünki, orada Azərbaycan qarşı birləşən siyasətçilər ermənilər tərəfindən maliyyələşdirilirlər. Və anti-Azərbaycan kampaniyasında yer alan avroparlamentarilərin hər biri erməni diasporu tərəfindən formalaşdırılan, siyasətə gətirilən, saxlanılan adamlardır.

Hesab edirəm ki, bu fikirləri öz aramızda deməklə kifayətlənməməliyik və bunu onların öz tribunalarından deməliyik”.

Millət vəkili qeyd edib ki, Leyla Yunus və Xədicə İsmayıl birbaşa ermənilərə xidmət edən adamlardır: “Əminəm ki, bu adamların Azərbaycana qarşı xəyanəti istintaq nəticəsində üzə çıxacaq. Hətta həmin adamlar həbs olunmamışdan qabaq onların xəyanətlar olduğunu, ermənilərə xidmət etdiyini deməkdən dilim yara olmuşdu. Onlar Azərbaycana yeridilmuş agentlərdilər və ölkəmizə qarşı içəridən mübarizə aparırlar. Leyla Yunusun QHT rəhbəri olaraq necə bu qədər imkanı ola bilər? Bunların hamısı haram pullardır və Azərbaycanın maraqlarını satmaqla əldə olunub. Eyni sözləri Xədicə İsmayıl haqqında da demək olar. Bu adamları erməni amili birləşdirir”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti