Kredit borcuna görə daha bir intihar

Kredit borcuna görə daha bir intihar
  11 İyun 2015    Oxunub:1994
Məcburi köçkün Bakıda özünü şəxsi evinin pəncərəsindən ataraq intihar edib.
Nizami rayonunda kişi banka 17000 manat borcu olduğu üçün intihar edib. “8-ci kilometr”də 37 saylı evdə yaşayan və Cəbrayıl rayonundan məcburi köçkün olan şəxsin ölüm faktını araşdıran istintaq orqanına intiharın səbəbi də məlum olub.

Nizami Rayon Prokurorluğundan bildiriblər ki, 1978-ci il təvəllüdlü Şıxıyev Əliyar Qurban oğlu özünü iyun ayının 5-də binanın beşinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən atıb. O, aldığı travmalardan bu gün dünyasını dəyişib.

Mərhumun doğmalarının sözlərinə görə, o, banka borclu olduğu 17000 manatı ödəyə bilmədiyi üçün çox narahat idi. Fakt üzrə araşdırma davam edir (oxu.az).


Teqlər:  





Xəbər lenti