`Mənə ev verilməyib, yalandır` - Əməkdar artist

`Mənə ev verilməyib, yalandır` - Əməkdar artist
  10 İyun 2015    Oxunub:4462
Əməkdar artist Nuriyyə Əhmədova ona mənzil verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Aktrisa AzVision.az-a açıqlamasında deyilənlərin doğru olmadığını bildirib: “Neçə illərdir mənə göz aydınlığı verirlər ki, ev almısan. Amma ortada heç nə yoxdur. Hamı bilsin ki, mənə hələ ev verməyiblər. İnşallah ev verilərsə, bunu gizlətmərəm, hamıya açıb deyərəm. Elgizə də demişəm ki bu barədə heç nə deməsin. Sonra insanlar narahat olur”.

Qeyd edək ki, aparıcı Elgiz Əkbər “Günə baxan” verilişində Nuriyyə Əhmədovaya ev verildiyini deyib.

“Nuriyyə xanımın illərdir ev problemi var. “Adam içində” verilişində ondan süjet hazırlamışdıq. Məlum oldu ki, onun evi yox idi. Buradan Nuriyyə xanıma sevindirici xəbər çatdırmaq istəyirəm. Müəyyən işlər baş verib. Bu yaxınlarda siz də öz evinizə köçəcəksiniz. Hazırda baş Avropa Oyunlarına qarışıb. Ondan sonra bu şad xəbəri daha geniş formada işıqlandıracağıq”-deyə Elgiz Əkbər verilişdə bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti