Bilgəhdə 5 gün yollar bağlı olacaq

Bilgəhdə 5 gün yollar bağlı olacaq
  09 İyun 2015    Oxunub:1782
"Bakı 2015" I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar olaraq iyunun 10-14-də paytaxtın Bilgəh qəsəbəsində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
AzVision.az-ın verdiyi xəbərə görə, bu barədə Nəqliyyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, Zuğulba Yolu/Bakı Dairəvi II yolu - Dairə 1-dən Dairə 2-dək tam bağlanacaq. Bu müddətdə hərəkət istiqaməti Əliağa Vahid, Aslan Salahzadə küçələrinə yönləndirləcək.

Qeyd edək ki, yarış iyunun 13-də saat 08:30-18:30, iyunun 14-də saat 08:30-dan 19:00-dək, tanışlıq üçün iyunun 10-da saat 05:00-dan 14:00-dək, iyunun 11-də saaat 05:00-dan 14:00-dək keçiriləcək və yolların bağlanması bu müddətdə olacaq.


Teqlər:  





Xəbər lenti