“ASAN xidmət”dən Avropa Oyunlarına dəstək

“ASAN xidmət”dən Avropa Oyunlarına dəstək
  08 İyun 2015    Oxunub:1750
“ASAN xidmət” Avropa Oyunlarına dəstək aksiyası keçirəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) AzVision.az-a verilən məlumata görə, Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə "ASAN xidmət" könüllüləri maraqlı aksiyaya əl atıblar - onlar iyunun 9-da velosiped yarışında mübarizə aparacaqlar.

Veloparkda keçiriləcək yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN xidmət" mərkəzlərinin 40 könüllüsü iştirak edəcək. Tərkibində 2 oğlan və 2 qız velosipedçi olacaq komandalar estafet sistemi üzrə yarışacaqlar.

Yarış saat 11:00-da başlanacaq.


Teqlər:





Xəbər lenti