Alimlərdən maaşla bağlı Artur Rəsizadəyə müraciət

Alimlərdən maaşla bağlı Artur Rəsizadəyə müraciət
  05 İyun 2015    Oxunub:2809
Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının əmək haqlarının tarif dərəcələrindən tutulan vergidə uyğunsuzluğun aradan qaldırılması üçün Nazirlər Kabinetinə müraciət edəcək.
Akademiyadan verilən məlumata görə, hazırda akademiyada bununla bağlı işlər aparılır.

Vergi ödəmələrinə görə, yaranan uyğunsuzluq 13 və 14-cü dərəcəli işçilərin - elmi tədqiqat institutlarının böyük elmi işçilərinin əmək haqlarının fərqlənməsinə gətirib çıxarır. 13-cü dərəcəli böyük elmı işçilərin aylıq əmək haqları 235, 14-cü dərəcəli elmi işçilərin əmək haqları 253 manat olsa da, bu uyğunsuzluğa görə 13-cü dərəcəyə aid edilən işçilər 14-cü dərəcəyə şamil edilən işçilərdən daha yüksək əmək haqqı alırlar.

Akademiyadan bildirilib ki, onlar bu uyğunsuzluğun aradan qaldırılmasını istəyirlər: “Ödəniş cədvəlində 13 və 14-cü dərəcə arasında fərqin olmasını yenə də istəyirik. Amma bunun üçün qanunvericlikdə elə dəyişikliklər aparılmalıdır ki, 14-cü dərəcəli elmı işçilər 13-lə müqayisədə daha yüksək əmək haqqı ala bilsinlər”. (trend)


Teqlər:  





Xəbər lenti