DYP yeni polis maşınlarından xəbərsizdir

DYP yeni polis maşınlarından xəbərsizdir
  03 İyun 2015    Oxunub:8035
Xəbər verdiyimiz kimi, Avropa Oyunları öncəsi Bakıya yeni polis maşınları gətirilib. Belə ki, polislər üçün gətirilən “Ford” markalı cip maşınların fotoları sosial şəbəkələrdə paylaşılıb.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yeni polis maşınlarının gətirilməsindən xəbərsiz olduqlarını deyib.

DYP rəsmisi AzVision.az-a açıqlamasında qeyd edib ki, bu barədə dəqiq heç bir məlumata malik deyil.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti