ASAN-da yeni maketlər təqdim olundu - FOTOLAR

ASAN-da yeni maketlər təqdim olundu - FOTOLAR
  02 İyun 2015    Oxunub:3148
Bu gün "ASAN xidmət" Milli Aviasiya Akademiyası ilə birgə 4 saylı Bakı "ASAN xidmət mərkəzində Mülki Aviasiya gününə həsr edilmiş tədbir keçirib.
AzVision.az-ın məlumatına görə, tədbirdə "ASAN xidmət" və Milli Aviasiya Akademiyasının rəhbərliyi, akademiyanın tələbələri iştirak edib.

Tədbirdə ilk olaraq Milli Aviasiya Akademiyasının müdavimləri tərəfindən hazırlanan aviasiya üzrə maketlərə baxış keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, vətəndaşların hazırlanan maketlərdən daha yaxından tanış olması üçün 4 saylı "ASAN xidmət" mərkəzinin gözləmə zalında yerləşdirilib.

Ü.Mehdiyev edib ki, nümayiş olunan 16 aviasiya maketi iyun ayının sonunadək 4 saylı "ASAN xidmət" mərkəzində xidmət alan vətəndaşlar üçün sərgilənəcək.

Azərbaycan Mülki Aviasiya Muzeyinin baş elmi işçisi Yeganə Muradova isə çıxışı zamanı Azərbaycanda aviasiyanın tarixindən danışıb: "Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli sərəncamı ilə hər il iyunun 2-də Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Azərbaycan Mülki Hava Donanmasının rəsmi yaranma tarixi də məhz 1938-ci ilin 2 iyununa təsadüf edir".

Elnur Abdulqədirov

Qalereya




Teqlər:  





Xəbər lenti