Prezidentdən akademiklə bağlı Sərəncam

Prezidentdən akademiklə bağlı  Sərəncam
  02 İyun 2015    Oxunub:2307
Azərbaycan Prezidenti İlham Əliyev Akademik Mikayıl Hüseynovun yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Memarlar İttifaqının təkliflərini nəzərə almaqla, akademik Mikayıl Hüseynovun 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəklər.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həlli tapşırılıb.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın görkəmli memarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olur.


Teqlər:  





Xəbər lenti