İTV-nin Yayım Şurası dəyişdi

İTV-nin Yayım Şurası dəyişdi
  29 May 2015    Oxunub:2344
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının tərkibində dəyişiklik edilib.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən son plenar iclasında dəyişiklik layihəsi barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verilib.

İTV-nin Yayım Şurası ilə bağlı məsələ səsverməyə çıxarılıb.

Sahibkarlar Şurası tərəfindən irəli sürülən Zeynalov Vüqar Eldar oğlu, gənclər təşkilatları tərəfindən irəli sürülən Seyidov Mirhəsən Mirheydər oğlu, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Yusifova Sevil Şərif qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər. Onlar artıq müddətləri bitmiş Namiq Məmmədovun, Fuad Muradov və Zərifə Salahovanın yerlərinə seçiliblər.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti