Daha iki ölkədən Azərbaycana başsağlığı

Daha iki ölkədən Azərbaycana başsağlığı
  21 May 2015    Oxunub:2560
Qırğızıstan Prezidenti və Serbiyanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Bakı şəhərində baş verən və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlıqlarında deyilir:

“Hörmətli İlham Heydər oğlu,
Bakı şəhərində baş verən və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar başsağlığımı qəbul edin.
Həlak olanların doğmalarının və yaxınlarının kədərinə Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan şərik olduğumuzu onlara çatdırmağı xahiş edirəm. Bütün zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirik.
Dərin hüznlə, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev”.

***

“Zati-aliləri,
Bakı şəhərindəki yaşayış binasında çoxsaylı insan tələfatına səbəb olan yanğın xəbəri məni dərindən sarsıtdı. İnanmaq istəmirəm ki, bu faciə məni çox böyük səmimiyyətlə qarşılayan şəhərdə baş verib.
Belə hallarda kədəri bölüşmək üçün söz tapmaq çox çətindir. Bu hadisə zamanı yaxınlarını itirmiş və xəsarət almış insanların acısını paylaşdığımı onlara çatdırmağınızı xahiş edirəm.
Zati-aliləri, Sizə Serbiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç”.

AzVision.az


Teqlər:





Xəbər lenti