Metroda yenilik

Metroda yenilik
  21 May 2015    Oxunub:1628
Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metropolitenində həm xarici qonaqlara, həm də yerli sərnişinlərə lazımi xidmət göstərmək üçün elan olunan könüllülərin seçimi başa çatıb.
Bakı Metropolitenindən verilən məlumata görə, qurumun müvafiq stansiyalarına təhkim olunacaq 90-a yaxın könüllülərin bilik və bacarığının artırılması məqsədilə treyninqlərə start verilib.

Treyninqlər zamanı bütün könüllülərin iş qrafiki, xidmət intizamı barədə müfəssəl təlimatlandırılması, siyasi baxışından, milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq bütün sərnişinlərlə onlar üçün vacib olan davranış qaydaları barədə geniş məlumat verilir.

Treyninqlər aşağıdakı istiqamətlərdə aparılır:

• Milli-mədəni irs, tarixi-etnoqrafik məlumatlar nəzərə alınmaqla Azərbaycan və Bakı şəhəri haqqında, paytaxtın tarixi yerləri barədə ətraflı bilgilərin verilməsi;
• Paytaxtda keçiriləcək olimpiya oyunları obyektlərinin dəqiq ünvanları, bu obyektlərə istər metro stansiyaları, istərsə də digər ictimai nəqliyyat vasitələri ilə yetişmək barədə, tamaşaçıları həmin obyektlərə yetişdirəcək xüsusi avtobusların hərəkət saatları haqqında, həmçinin metro daxilində bələdçiliklə, hərəkət istiqamətləri, hərəkət qrafikləri, qatarlararası intervallarla bağlı müfəssəl bilgilər;
• Metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmi, ödənişin həyata keçirilməsi, turniketdən keçid qaydası barədə ətraflı bilgilər, eyni zamanda müvafiq metro stansiyalarının rəhbər işçiləri ilə əlaqə imkanlarının başa salınması;
• Yanğın, ictimai təhlükəsizliklə bağlı, təhlükəsizlik texnikası, ilkin tibbi yardımın göstərilməsi ilə əlaqədar, həmçinin digər fövqəladə hallar zamanı zəruri olan hərəkət və bilgilər;
• Könüllülər üzərində “Ask me” yazısı olan köynək (mayka), papaq, üzərində “Ask me” yazısı olan bayraqcıq, metropolitendən imtiyazlı istifadə imkanı verən vəsiqə, müvafiq metro stansiyasının vəzifəli şəxsləri ilə əlaqə yaratmaq üçün telefon nömrələri ilə, paytaxtın sxemi, metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmini, ödənişi həyata keçirməyi, turniketdən keçid qaydasını özündə əks etdirən yaddaş kitabçası ilə təmin olunacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti