Evi yananlar üçün yardım yığılır

Evi yananlar üçün yardım yığılır
  20 May 2015    Oxunub:2835
Ötən gün Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğından əziyyət çəkənlər üçün yardım kampaniyası başladılıb.
AzVision.az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb.

Bir qrup könüllünün təşəbbüsü ilə Baku Jazz Centerdə qərargah yaradılıb və bir çox insan tərəfindən yardım məqsədilə müxtəlif əşyalar qərargaha gətirilib.

Könüllülərdən birinin yaydığı məlumata görə toplanmış yardım bu gün Qırmızı Xaç - Azərbaycan vasitəsilə yanğının ziyan vurduğu ailələrə çatdırılacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti