ASAN səyyar fəaliyyətə başladı

ASAN səyyar fəaliyyətə başladı
  29 May 2013    Oxunub:934
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qısa bir zamanda "ASAN xidmət" şəbəkəsinin ölkəmizin bütün ərazisini əhatə etməsi məqsədilə dövlət xidmətlərinin yeni formada həyata keçirilməsini təşkil etməkdədir.

Xidmətlərin göstərilməsi üçün zəruri olan müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar artıq səyyar formada əhaliyə xidmətlər göstərməyə başlayıb.

Bu gündən etibarən may ayının sonunadək davam edəcək sınaq müddətində Dövlət Agentliyinin səyyar avtobusları Xirdalan şəhərində vətəndaşlara xidmət göstərəcək.

"Səyyar xidmət” in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qalereya




Teqlər:  





Xəbər lenti