Ramazan ayı nə vaxt başlayacaq?

Ramazan ayı nə vaxt başlayacaq?
  14 May 2015    Oxunub:3057
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası tərəfindən Ramazan ayının başlanması, Ramazan bayramı, Qurban bayramı və digər dini mərasimlərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsi və Nazirlər Kabinetinə təqdim edilib.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev APA-ya deyib ki, yekun təkmilləşmə başa çatandan sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan Ayının başlanması ilə bağlı fətva verəcək. Onun sözlərinə görə, Ramazan ayının başlanmasını tarixinin açıqlanması yalnız QMİ-nin səlahiyyətinə aiddir. Bu il də idarə rəsədxana tərəfindən təqdim ediləcək hesablamalara və məlumatlara uyğun fətva verəcək.

Qeyd edək ki, bu il astronomik təqvimə əsasən, Ramazan ayının başlanmasını xəbər verən yeni Ay iyunun 16-sı saat 19:07-də təzələnəcək. Ramazan ayından sonra ayın təzələnməsi isə iyulun 16-da saat 06:26 dəqiqədə baş verəcək.

Nazirlər Kabinetinin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qəbul etdiyi qərara əsasən, bu il Azərbaycanda 17, 18 iyul tarixlərindən Ramazan bayramı, 24, 25 sentyabr tarixlərində isə Qurban bayramı qeyd olunacaq. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Xatırladaq ki, (QMİ) bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək.


Teqlər:





Xəbər lenti