Deputatlar “Heydər Zirvəsi”nə yürüş etdi- Fotolar

Deputatlar “Heydər Zirvəsi”nə yürüş etdi- Fotolar
  09 May 2015    Oxunub:1661
Mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə millət vəkilləri Fuad Muradov, Əli Hüseynli və Ülvi Quliyev “Heydər Zirvəsi”nə (3752 m) yürüş ediblər.
Bu barədə Millət vəkili Fuad Muradov öz “Facebook” səhifəsində yazıb: ““Heydər Zirvəsi”nə yürüş etdik. Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə onun adını daşıyan zirvəyə qalxmaqla ulu öndərin xatirəsini andıq. Məhz ulu öndərin əsasını qoyduğu və prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan dünyada hər gün yeni zirvələri fəth edir. İnanıram ki, bu fəthlərin daha bir zirvəsi Qarabağın işğaldan azad edilməsi olacaq”.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti