Bakı-Sumqayıt yolunda tıxac var

Bakı-Sumqayıt yolunda tıxac var
  08 May 2015    Oxunub:1661
Bakı-Sumqayıt şosesində sıxlıq var.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Biləcəri dairəsi aparılan təmir bərpa işləri ilə əlaqədar bağlı olduğundan hazırda Bakı-Sumqayıt şosesində sıxlıq müşahidə olunur.

Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən sürücülərə Badamdar yolu və ya Salyan şosesindən, Sumqayıt şəhər istiqamətində hərəkət edən sürücülərə isə Binəqədi şosesindən istifadə etmələri tövsiyə olunur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti