ANAMA hesabat verdi

ANAMA hesabat verdi
  06 May 2015    Oxunub:1428
Ötən ay ərzində 1 647 620 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
ANAMA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 144 PHS, 3 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 486 minaaxtaran mütəxəssis, 115 nəfərlik yardımçı heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 284 700 992 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 104-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.


Teqlər:





Xəbər lenti