Bakı Dairəvi yolu bağlandı

Bakı Dairəvi yolu bağlandı
  04 May 2015    Oxunub:2615
Bu gün Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhər istiqamətə olan hissəsində “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən AzVision.az-a verilən məlumata görə, işarələnmə işləri saat 11:00-dən axşam saat 17:00-dək davam edəcək. Göstərilən müddət ərzində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. İşlərin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 15 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.


Teqlər:  





Xəbər lenti