`Mixaylo` həbsdən çıxdığı gün oğurluq etdi
Mağazada olan uşaq Nüsrət Həsənova Nəzakətin getdiyini və heç kimi içəri buraxmamağı söylədiyini deyib. Ancaq içkili vəziyyətdə olan Nüsrət uşağı itələyib yıxaraq kassada olan 45 manat pulu götürüb mağazanı tərk edib. Hadisə yerinə gələn Şəki RPŞ-nin əməkdaşları Nüsrət Həsənovu mağazanın yaxınlığında saxlayıblar.
Hazırda ŞRPŞ-də fakt üzrə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Faktı araşdıran İstintaq bölməsinin müstəntiqi Cavad Əhmədovun "Report"a verdiyi məlumata görə, oğurluğu törədən şəxs əvvəllər ayrı-ayrılıqda 7 il müddətində azadlıqdan məhrum olub. Onu Şəkidə el arasında "Mixaylo" kimi tanıyırlar.