Oğul atasının 8 min pulunu oğurladı

Oğul atasının 8 min pulunu oğurladı
  30 Aprel 2015    Oxunub:1729
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) verilən məlumata görə, aprelin 28-də saat 12-13 radələrində İqbal Həmidovun Zığ yolu küçəsində yerləşən evindən, açar seçmə yolu ilə 8000 manat oğurlanıb.
Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən, həmin ünvanda yaşayan oğlu - 1991-ci il təvəllüdlü Vüsal İqbal oğlu Həmidov saxlanılıb.


Teqlər:





Xəbər lenti