Bakı Dairəvi yolunda hərəkət qismən bərpa edilib

Bakı Dairəvi yolunda hərəkət qismən bərpa edilib
  29 Aprel 2015    Oxunub:1354
Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhər itiqamətinə doğru olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib.
Nəqliyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə Bakı Dairəvi yolunda təmir-tikinti işləri davam etdirilir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yolun şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsinin 10 kilometrində təmir işləri artıq yekunlaşıb. Yolun 4 kilometrlik hissəsində isə təmir-tikinti işləri davam etdirilir. Hələlik sürücülər yolun məhz təmir olunmuş hissəsindən, yəni “maşın bazarı” istiqamətinə doğru çıxan yola qədər istifadə edə bilirlər. Bakı dairəvi yolla şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri “maşın bazarı” istiqamətinə çıxmaqla rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər. “20 Yanvar” dairəsinə, Biləcəri qəsəbəsi və Sumqayıt şəhərinə doğru hərəkət edən nəqliyyat vasitələri isə yolun 9,5 kilometrlik hissəsində yaradılmış keçiddən istifadə edərək Bakı Dairəvi yolun əks istiqamətinə çıxmaqla hərəkət edə bilərlər.

Qeyd edək ki, Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissəsi qazılaraq çıxarılıb, həmin hissədə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə 175 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Yolda təmir tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və işlərin may ayının 5-dək yekunlaşdırılması nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti