Cavid Qurbanov tapşırıqlar verdi

Cavid Qurbanov tapşırıqlar verdi
  29 Aprel 2015    Oxunub:2870
Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı sərnişin stansiyasında və stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AzVision.az-a verilən məlumata görə, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Bu məqsədlə cari ilin mart ayında Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.

Təmir işləri uğurla davam edir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Sonra C.Qurbanov stansiya yollarında aparılan əsaslı təmir işlərinin gedişini izləmiş, müvafiq tapşırıq və tövsiyələrini verib.


Teqlər:  





Xəbər lenti