5 uşaq atası narkotiklə tutuldu - FOTO

5 uşaq atası narkotiklə tutuldu - FOTO
  24 Aprel 2015    Oxunub:1287
Tovuz sakini Gəncədə narkotik vasitə ilə saxlanılıb.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü Tovuz rayon Qəribli kənd sakini Cavad Hacıyev şəhərin Yeni Gəncə qəsəbəsində “Şəmkir avtovağzalı” adlanan ərazidə şübhəli şəxs qismində saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinə aparılan C.Hacıyevin üzərinə baxış zamanı əlində olan göy rəngli sellofan torbanın içərisində 550 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan 5 uşaq atası C.Hacıyev narkotik vasitə istifadəçisi olduğunu bildirib. O, ötən ilin sentyabrında Tovuzda Zəyəm çayının kənarından çətənə kollarını yığaraq qurutduğunu deyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti