Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqladı
  18 Aprel 2015    Oxunub:1670
Bakının Binəqədi rayonunda qadın kişini bıçaqlayıb.
AzVision.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə aprelin 15-də saat 23:50 radələrində, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı Bakı şəhər sakinləri İlham Abbasovun bıçaqlandığı məlum olub. O da, müəyyən edilib ki, kişini 1976-cı il təvəllüdlü Yelena Aleksandrovna Bobrova vurub.

Hadisəni törədən qadının tutulması istiqamətində Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində kişini bıçaqlayan qadın tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti