Bu rayon qazsız qalacaq

Bu rayon qazsız qalacaq
  15 Aprel 2015    Oxunub:1356
Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlara, həmçinin Motodrom yaşayış massivinə, M.Rəsulzadə və Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz xətlərinin yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədardır.

Qeyd edək ki, 2015-ci il aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 752 660-a çatıb. Qeydiyyata alınmış abonentlərin 22863-ü qeyri-əhali, 1729797-i isə əhali sektoruna aiddir.

Ötən rüb ərzində əhali kateqoriyasına aid 19862 yeni abonent qeydiyyata alınıb ki, bunun da 10538-i Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin, 9324-ü isə regionların payına düşür. Cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri abonentlərin say artımında mühüm rol oynayıb.


Teqlər:  





Xəbər lenti