Bakıda 23 yaşlı oğlanı ölümcül döydülər

Bakıda 23 yaşlı oğlanı ölümcül döydülər
  14 Aprel 2015    Oxunub:1514
Bakıda 23 yaşlı gənc ölümcül döyülüb.
APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Qaraçuxur qəsəbəsində baş verib.

Kәrimov Orxan Müşfiq oğlu ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, döyülmə əlamətləri ilə daxil olan Orxan Kərimov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. 23 yaşlı gəncin vəziyyəti ağır olduğundan ifadəsini almaq mümkün olmayıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti