Qənirə Paşayeva `ilin ən uğurlu millət vəkili` oldu

Qənirə Paşayeva `ilin ən uğurlu millət vəkili` oldu
  13 Aprel 2015    Oxunub:1498
Türkiyədə `Gap Gazeteciler Birliği` tərəfindən bu il 12-ci dəfə düzənlənən Gap Oscarları ödül törəni keçirilib.

Gap Gazeteciler Birliği, Adıyaman Valiliyi, Adıyaman Bələdiyyəsi, Adıyaman Universiteti tərəfindən təşkil edilmiş tədbirdə Türk dövlətlərindən və toplumlarından dövlət adamları, millət vəkilləri, siyasətçilər, mediya qurumları, alimlər iştirak ediblər.

GAP Gazeteçiler Birliyi başqanı Zeynelabidin Kıymaz və bir sıra dövlət xadimlərinin çıxışlarından sonra mükafatlandırma mərasimi başlayıb. Milli Məclisin üzvü Qənirə Paşayevaya ilin ən uğurlu millət vəkili mükafatı təqdim edilib.

Türk dünyasından tanınmış media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsində bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır, onların problemlərini beynəlxalq tribunalardan səsləndirir.


Teqlər:





Xəbər lenti