Sumqayıtda ev yandı: bir yaralı

Sumqayıtda ev yandı: bir yaralı
  12 Aprel 2015    Oxunub:1536
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğın zamanı evdə bir nəfər yanıq xəsarətləri alıb və Təcili Tibbi Yardım xidməti tərəfindən aparılıb.

Evə bitişik yardımçı otaqlar yanğından mühafizə olunub.

Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti