FHN onu zirzəmidən çıxartdı

FHN onu zirzəmidən çıxartdı
  11 Aprel 2015    Oxunub:1346
Bakıda binanın zirzəmisini su basıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub.

Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açıb və vətəndaşı xilas ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti