`Təzyiq edirdilər ki, niyə mitinqə gəlmirsən?` – Tanınmış teleaparıcı

`Təzyiq edirdilər ki, niyə mitinqə gəlmirsən?` – Tanınmış teleaparıcı
  10 Aprel 2015    Oxunub:9563
Bir neçə gün öncə tanınmış teleaparacı Tunay Əliyevanın qonşuluğunda yaşayan bir qrup müxalifətçinin təzyiqinə məruz qalması haqqında məlumat vermişdik. Hadisələrin gedişatı barədə aparıcı AzVision.az-a daha ətraflı danışıb.

- 3 gün bundan öncə ekspretizaya getdim. Hələ ki, ekspertizanın nəticələri verilməyib. Psixoloji durumum pozulub. Çox böyük stress keçirtmişəm,- deyən aparıcı bildirib ki, müxalifətçi qonşularla münasibətinin pisləşməsinə səbəb onun mitnqlərə qatılmaması olub:

- Mən haradasa iki il yarımdır o binada yaşayıram. Heç kimlə konfiliktim olmayıb. Bəhruz adında həmin qonşum atam rəhmətə gedəndən sonra, il yarımdan çoxdur ki, məni görəndə kişiyə yaraşmayan müxtəlif sözlər işlədir. Baş-beynimi aparırdı ki, mitinq olur, niyə getmirsən? Mən heç vaxt əhəmiyyət verməmişəm. Bu kişi hər dəfə mənə deyir ki, nahaq yerə bəzi problemləri efirdə demirəm. Mən ona izah edə bilmiridm ki, aktrisayam, hansısa kanalda müqavilə ilə aparıcı ola bilərəm, amma səlahiyyətim yoxdur ki, hər problemi efirdə deyim.

Müxalifətin mitinqindən sonra, ayın 5-i mən evimə qayıdanda bunlar çox aqressiv idilər. Mənim balaca itim var, onunla yuxarı qalxırdım. Birdən qucağında uşaq olan bir qız iti görüb başladı qışqırmağa. İt onun üstünə getmədi, heç nə eləmədi, o, niyə qışqırırdı, baş açmadım. `Xanım, narahat olmayın`,- dedim, əyildim iti götürməyə. Bu vaxt onun arxadan gələn, heç bir şeydən xəbəri olamyan anası itə bir təpik vurdu. Sonra onların evindən 7-8 arvad çıxdı. Və hamısı başladı məni söyüb, təhqir etməyə ki, biz itdən qorxuruq. Bəhruz adlı şəxs dedi ki, qonşularla birləşib, səni buradan köçürəcəyik. Bu evi mənə dövlət verib. Sən dövlətin verdiyi evdən məni necə çıxara bilərsən?! Bunların birilə bir problem yaşayanda hamısı yığılıb, banda yaradırlar”.

Tunay Əliyeva onu da bildirib ki, təhqiqiatın gedişindən heç də razı deyil: “Abşeron rayonu, Mehdiabada qəsəbəsində aparılan təhqiqata təzyiq göstərirlər. 15 kəlbəcərli kişi yığışıb gedib ki, Bəhruz yaxşı edib bu qadını söyüb. Mən də onlara demək istəyirəm ki, 15 kişi yığışıb elə erməninin üstünə getsinlər, qadının üstünə gəlməyə nə var ki”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti