Bakıdakı avtobuslar yoxlanılacaq

Bakıdakı avtobuslar yoxlanılacaq
  08 Aprel 2015    Oxunub:1621
Bakı şəhərində ictimai avtomobil nəqliyyatı vasitələrinə baxış keçiriləcək. Mayın 15-dək onlara bütün çatışmazlıqların aradan qaldırılması üçün vaxt verilib. Sonra Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsində təşkil olunmuş komissiya tərəfindən avtobuslar yoxlanılacaq.

AzVision.az
xəbər verir ki, bu barədə "Report"a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov məlumat verib.

Onun sözlərinə görə, avtomobillərin xarici görünüşü, texniki-işləmə mexanizmi, oturacaqları, içi və digər bir sıra detalları nəzərdən keçiriləcək: "Bu tələblərə hazır olmayan nəqliyyat vasitələri xətdən çıxarılacaq".

Ə.Cəfərov əlavə edib ki, I Avropa Oyunları üçün sürücülərin geyim formaları artıq sifariş verilib. Sürücülər kurslara göndərilir, texniki təlimlər keçilir.

"Beynəlxalq yarışa ümumilikdə 2 000 sürücü və 300 nəfər mühəndis texniki işçi cəlb ediləcək", - Ə.Cəfərov bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti