`İstəmədim qızım kiməsə `ata` desin` - VİDEO

`İstəmədim qızım kiməsə `ata` desin` - VİDEO
  08 Aprel 2015    Oxunub:3141
`Gözüm anamı gəzdi ki, nə olduğunu o desin mənə. Ha gəzdim tapa bilmədi. Haradadır soruşdum, Dedilər ki, artıq yoxdur `.

APA TV-nin “Ötən əsrin adamları” verilişinin budəfəki qonağı Səfurə Bayramova hər iki əsrdə çox çətinliklər görüb. Nə uşaqlıq yaşayıb, nə böyüklük. Özü əslən Laçındandır. O yerləri, uşaqlığını həsrətlə xatırladığını söyləyir.

`…Təklif almışdım. Amma qəbul eləmədim. İstəmədim qızım kiməsə ata desin və kimsə də ona atalıq eləsin. Gündə min dəfə tanrıya şükür edirəm ki, həyat da, elə övladım da bu fədakarlığımı dəyərləndirib. İndi artıq nəvə toyuna hazırlaşıram...`

`Ötən əsrin adamı`nı tanınmış jurnalist Jalə Mütəllimova söhbətə tutub. AzVision.az həmin verilişi təqdim edir.




Teqlər:  





Xəbər lenti