Müxalif səhifənin yalanı ifşa olundu – FOTOFAKT

  06 Aprel 2015    Oxunub : 13945
Müxalif səhifənin yalanı ifşa olundu – FOTOFAKT
Sosial şəbəkələrdə müxtəlif profilli səhifələr və qruplar var. Qazandöyənlərdən qarışqayeyənlərə, tarakandan qorxanlardan Himalaya lüt dırmaşanlara kimi. Facebook-da qəribə adlarla səhifə açıb, özünü təbliğ edənlər çox olur. Xüsusən də siyasi səhifələrdə.

Belə səhifələrdən biri də Tural Sadıqlı adında Almaniyaya qaçan fərarinin işlətdiyi `Azad Söz`-dür. Onun haqqında çox yazmaq olar. Necə oldu sığınacaq aldı, sosial şəbəkələrdə haqqında nələr yazdılar, qaçıb getməsinin əsl səbəbi nə idi? Hələlik onlara toxunmuruq. Mövzu başqadır.

Bu səhifə (və admini) qarayaxma, ləkələmə, şantaj, yalanları ilə ad çıxarıb. Bir misal göstərəcəyik. Yuxarıdakı fotoya baxın. Admin bu fotonu facebook-da paylaşıb və yazıb: `Məktəblisi qışda geyinməyə isti ayaqqabı tapmırsa, bu ölkənin Olimpiya oyunlarına 9 milyard xərcləməsi harasına yaraşır?!`

Admin Tural Sadıqlı o qədər dayaz adamdır ki, etdiyi hərəkətin az müddətdən sonra faş olacağını, yalanlarının üzə çıxacağını fikirləşmir. Bu savadsız gənc qanmır ki, istənilən fotonun google axtarış sistemi ilə mənbəyini tapmaq olar.

Elə isə özünüz sınayın. Türkiyənin iki tanınmış qəzetinin məqaləsi çıxacaq. Onları BURADAN BURADAN oxuya bilərsiniz.



Yazılarda qeyd olunur ki, `Uludağ Üniversitesinde okuyan Cihan Güngör, sosyal medyada gördüğü kar altında terlikle yürüyen çocuğun fotoğrafından etkilenerek yardım kampanyası başlattı. Bazı öğrenciler ve öğretim görevlilerinin katkılarıyla kısa sürede toplanan 50 battaniye, 200 kazak, 50 çift ayakkabı, oyuncaklar ve spor malzemeleri Vandaki Şehit Koray Akoğuz Ortaokuluna gönderildi`.

Yəni ki, hadisə Vanda baş verib. Bütün Türkiyəni qarışdırıb. “Bizi affet, cocuk” kampaniyasının başlanmasına səbəb olub. Bu qədər sadə. Amma öz ölkəsini atıb getmiş bu məxluq o faktdan Vətəninə qarşı istifadə edir.

İndi bu savadsız fərari elə bilir ki, Olimpiya oyunlarına qarşı təbliğat aparır. Anlamır ki, belə metodlarla mübarizə çox çəkmir - məlum xüsusiyyətlər kimi uzağı 40 gün.

Teqlər: