Mitinq başa çatdı - FOTOLAR (Yenilənib)

Mitinq başa çatdı - FOTOLAR (Yenilənib)
  05 Aprel 2015    Oxunub:15941

Vaxtından gec başlayan mitinq vaxtından tez başa çatıb.

* * *

Mitinq iştirakçıları razılaşmanı pozaraq fərqli şüarlar səsləndiriblər. Onlar iqtisadi tələblərlə çıxış etmək əvəzinə siyasi xarakterli şüarlar səsləndiriblər.

Buna görə də Bakı Şəhər Baş Polis İdarəsinin məsul şəxsləri mitinq təşkilatçılarına xəbərdarlıq edib.

***

AXCP sədrinin müavini Nurəddin Məmmədli çıxışında deyib ki, Milli Şura Lamiyənin namusu uğrunda mübarizə aparırmış...

* * *
Əbülfəz Qurbanlı: "Biz burda `mitinqə davam` deyəndə, binadan bizə kartof-soğan atıblar..." Demək, nəticə çıxarmaq lazımdır...

***

Ötən mitinqdə söz verilməyən Gültəkin Hacıbəyliyə bu dəfə söz verildi.

***

Milli Şuranın mitinqi başlayıb. Bundan öncəki mitinqə olduğu kimi tribunaya AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli üçlüyü çıxıb.

***

Milli Şuranın `Məhsul` stadionunda keçiləcək mitinqi saat 15:00-a təyin olunsa da hələ başlamayıb. Meydana çox az adam toplaşıb. Polis onların stadiona girişinə heç bir maneə törətmir.

Mitinqin əsas təşkilatçısı olan AXCP sədri Əli Kərimli hələ də stadiona gəlməyib.

Qeyd edək ki, ölkənin digər müxalifət partiyaları Milli Şuranın mitinqindən imtina ediblər. Müsavat, KXCP, AMİP, ALP, ADP, Ümid və digər partiyalar mitinqə qatılmayacaqlarını öncədən bəyan ediblər.

AzVision.az stadiondan ilk fotoları təqdim edir:

Qalereya




Teqlər:  





Xəbər lenti