Müharibə veteranlarına pul veriləcək - Sərəncam

Müharibə veteranlarına pul veriləcək - Sərəncam
  04 Aprel 2015    Oxunub:7313
Azərbaycan prezidenti İlham Əliyev “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzalayıb.

AzVision.az-ın məlumatına görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 800 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 400 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu məqsədlə Prezidentin ehtiyat fondundan 8,3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etmək, Dövlət Sosial Müdafiə Fonduna isə birdəfəlik maddi yardımın sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti