İrandan narkotik gətirən qadın tutuldu

İrandan narkotik gətirən qadın tutuldu
  03 Aprel 2015    Oxunub:1480
İrandan narkotik vasitə gətirən azərbaycanlı qadın tutulub.
Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı ondan 4 ədəd bağlamada, ümumi xalis çəkisi 175.308 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti