“Mən günahkar deyiləm” – Şairin həbsdəki oğlu

“Mən günahkar deyiləm” – Şairin həbsdəki oğlu
  02 Aprel 2015    Oxunub:2872
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin işi üzrə Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Bu barədə AzVision.az-a A.Kəsəmənlinin vəkili Adəm Məmmədov deyib. O, A. Kəsəmənlinin hüquqlarınını müdafiə etmək üçün yeni müqavilə imzaladığını qeyd edib:

“Araz Kəsəmənlinin ailəsi Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra onun hüqularının müdafiə edilməsi ilə bağlı mənimlə müqavilə bağlayıb. Artıq tərəfimdən Ali Məhkəməyə kassasiya şikayəti hazırlanır və Ali Məhkəməyə göndəriləcək”.

Vəkil həmçinin hüquqlarını müdafiə etdiyi A.Kəsəmənli ilə görüşdüyünü deyib:

“Araz Kəsəmənli özünü hər bir halda günahsız sayır. O, belə bir hadisənin baş vermədiyini söyləyir. Səhhətində elə də ciddi problem yoxdur. Amma o çox narahatdır. Araz Kəsəmli çox səbrli insandır. O, azadlığa çıxacağına ümid edir”.

Xatırladaq ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb. Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunan A.Kəsəmənli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti