Azərbaycanlı deputatdan önəmli təklif

Azərbaycanlı deputatdan önəmli təklif
  01 Aprel 2015    Oxunub:1877
Millət vəkili Fazil Mustafa yeni və maraqlı təkliflə çıxış edib. Fazil Mustafa Azərbaycanın Çanaqqala zəfərinin qeyd etməsinin zəruri olduğunu deyib.
AzVision.az millət vəkilinin statusunu təqdim edir:

"Bu gün ANS TV-də "Günəbaxan" verilişində bir təkliflə çıxış etdim. Bu təklifi imkan olsa, Milli Məclisdə də səsləndirəcəyəm.

Bildiyiniz kimi, 24 apreldə yalançı "erməni soyqırımı"nın 100 illiyi İrəvanda qeyd olunacaq. 24 aprel günü Türkiyədə də Çanaqqala zəfərinin 100-cü ildönümü bayram ediləcək. Təklif etdim ki, 24 apreldə Türkiyə ilə birlikdə həmrəyliyimizi nümayiş etdirmək üçün Azərbaycanda da məhz 24 aprel günü Çanaqala Zəfərinin 100 illiyi rəsmi şəkildə qeyd olunsun.

Soruşula bilər: bizə nə aidiyyəti?

Arqumentim aşağıdakılardır: 1) Tez-tez qürurla bildiririk ki, bu savaşda könüllü qatılmış yüzlərlə azərbaycanlı şəhid olmuşdur, onların ruhunu yad etmək üçün bu bir qədirşünaslıq addımı olardı. Biz 9 mayı da o arqumentlə qeyd edirik ki, Böyük Vətən müharibəsində azərbaycanlılar döyüşüb, şəhid və ya qazi olublar, SSRİ-nin yaşaması üçün fədakarlıq edən bu soydaşlarımızın xatirəsini əziz tutmaq üçün ediriksə, niyə Çanaqqalada öz türk millətimiz üçün döyüşənlərə eyni münasibət bəsləməyək?

2) 24 aprel yalançı "erməni soyqırımı"na qarşı eyni gündə bir türk zəfərini ifadə edən tədbir keçirməyimiz, ciddi bir iradə nümayişi və ermənilərin təbliğatına qarşı bir addım ola bilər. 10-15 min manatlıq fişəng də qoy bu tədbirə getsin, bir saatlıq da atəşfəşanlıq olsun, bununla yoxsullaşmayacağıq ki?

3) Türkiyədə geniş masştabda Xocalı soyqırımı qeyd olundu və bizimlə möhtəşəm birlik göstərdilər, bizim də eyni həmrəyliyi göstərməyimizin həm dünyaya təbliği, həm də hər iki ölkənin insanlarına müsbət təsiri olar.

Hətta yaxşı olardı ki, həmin gün Qars və ya Ərzurumda türk və Azərbaycan hərbi birləşmələrinin birgə hücum tətbiqatı da olsun. Bu təklifin qəbul olunmaması üçün hansısa bəhanə görmürəm. Ümid edək ki, rəsmi səviyyədə anlayışla qarşılanacaqdır".


Teqlər:





Xəbər lenti