Əli Həsənov: “Hərə bir blok yaradıb insanları təhqir edir”

Əli Həsənov: “Hərə bir blok yaradıb insanları təhqir edir”
  22 May 2013    Oxunub:1154
“Diffamasiya haqqında” qanun ona görə lazımdır ki, azad medianın fəaliyyəti genişlənsin. İnsanların əsassız təhqirinin qarşısı alınsın”. Qanunun hazırlanması ilə bağlı neçə illərdir ATƏT-in Bakı Ofisi ilə fikir mübadiləsi aparırıq. Hazırda, əlimizdə olan mövcud layihəni ATƏT-in Venesiya Komissiyası ilə razılaşdırma ərəfəsindəyik”.

AzVision.az xəbər verir ki, bunu “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O, qeyd edib ki, `gündə hərə bir blok yaradıb, insanları təhqir edir` .

“Necə ola bilər ki, jurnalist bir yazını yazır, onu az adam oxuduğu halda çox məsuliyyət daşıyır, amma internetdə bir adam təhqir olunur, bu zaman həmin adam məsuliyyətdən qaçır . İnternet cəmiyyətə icazəsiz daxil olma hüququndan imtina etməli, ya da ki, qanun çərçivəsində daxil olmalıdır. İnternetdəki təhqirlərə görə hamı cavab verməlidir “.

Əli Həsənovun sözlərinə görə, cəmiyyətimiz bəzən bu qanunun qəbul olunması təşəbbüsünün mahiyyətini anlamırlar: “Təəssüf ki, bəzən bu qanunun qəbulu təşəbbüsünü düzgün olmayan şəkildə izah edirlər. Xüsusilə də bu sahə ilə məşğul olan media təşkilatlarını nəzərdə tuturam.

“Diffamasiya haqqında” qanuna Azərbaycanda fəaliyyət göstərən peşəkar, məsuliyyətli, peşəsinə sayğı ilə yanaşan jurnalistlər üçün əlavə yaradıcılıq imkanı kimi baxırıq. Qanun peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Elə təbliğat aparılmamalıdır ki, sanki qanunun qəbulundan sonra Azərbaycan cəmiyyətində kim kimi istəyir, necə istəyir təhqir edə, şərəf və ləyaqətini alçalda bilər. Bu tamamilə yanlış fikir və təqdimatdır. Qanunlarımızda insanların şərəf və ləyaqətinin tapdanması cinayət kimi həmişə qalacaq, bu, cəmiyyətin, qurduğumuz dövlətin əsas prinsiplərindən biridir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti