Şamaxı zəlzələsinin unikal ŞƏKİLLƏRİ

Şamaxı zəlzələsinin unikal ŞƏKİLLƏRİ
  22 May 2013    Oxunub:6726
AzVision.az Azərbaycanın yeni tarixində ən dəhşətli zəlzələlərdən biri olan Şamaxı zəlzələsinin unikal şəkillərini təqdim edir.
1902-ci ildə baş vermiş təbii fəlakət zamanı bu antik şəhər tamamilə dağılıb, maddi mədəniyyətimizin sonuncu ən unikal nümunələri də yerlə yeksan olub. O zamanın bir sıra mətbuat orqanları bu təbii fəlakəti "Qiyamət günü" ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər.

Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim hamam, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq, yerlə yeksan olub. Şəhərdə zəlzələ sonrası böyük təşviş yaşanıb, əhali qorxu içərisində qaçışmağa başlayıb. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan "Niva" adlı dərginin 97-ci sayında öz təsdiqini tapıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti