“Bakı 2015”-in biletlərinin qiymətləri

“Bakı 2015”-in biletlərinin qiymətləri
  19 Mart 2015    Oxunub:2733
Bakı 2015 Avropa Oyunları üçün satışa çıxarılan biletlərin qiymətləri açıqlanıb.
AzVision.az-ın məlumatına görə, Bakı 2015 Avropa Oyunlarının yarış sessiyalarına olan biletlərin əksəriyyəti 2-5 manat arasında dəyişir.

Bakı 2015 Avropa Oyunlarının Milli Stadiondakı açılış mərasimində isə biletlər 200(A), 100(B), 50(C), 20(D) AZN arasında dəyişir.

Milli Stadiondakı bağlanış mərasimində isə biletlərin qiyməti 100(A), 50(B), 20(C), 10(D) AZN olacaq.

Qeyd edək ki, bilet alışı üçün tələb olunanlar: Ödəniş tam şəkildə və yalnız kredit kartı vasitəsilə edilməlidir.

Azərbaycan tamaşaçıları: 16 yaşdan yuxarı olan şəxslər, etibarlı ŞV (qeydiyyatdan keçməyən alıcılar üçün), etibarlı kredit kartı (Visa, Visa Electron, MasterCard, Maestro, American Express).

Beynəlxalq (əcnəbi) tamaşaçılar: 16 yaşdan yuxarı olan şəxslər, səfər üçün etibarlı sənədlər, əlaqə məlumatları (qeydiyyatdan keçməyənlər üçün), sizinlə birgə səfər edən bütün qrup üzvlərinin səfər sənədlərinə aid təfsilatlar.

- Bilet alışı üçün səfərə aid sənədlərdəki təfsilatlar nə üçün lazımdır?

- Bakı 2015 Avropa Oyunları üçün sadələşdirilmiş viza prosedurası bütün əcnəbi tamaşaçılar üçün tətbiq olunacaq. 2 İyun 2015-ci ildən etibarən əcnəbi tamaşaçılar Azərbaycan beynəlxalq hava limanlarına daxil olduqları zaman səfərə aid sənədlərini və bilet alışının təsdiqi formasını göstərməklə 30 günlük birdəfəlik giriş vizası ilə təmin olunacaqlar. Səfər edən qrupdakı bütün bilet sahiblərinə aid olan məlumat bu sənəddə qeyd olunmalıdır.

Bütün onlayn bilet alıcıları Şanslı Qalib* olmaq imkanı qazana bilər və Oyunların Tərəfdaşları tərəfindən qeyri-adi hədiyyələr əldə edə bilərlər!

*Şanslı Qalib lotereyası yalnız 16 yaşında və ondan yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub.

Qeyd edək ki, biletlərin çatdırılma xidməti olmayacaq. Onlayn alınan bütün biletlər tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə götürülməlidir. Rahatlığınız və növbədə durmamağınız üçün biletlərinizi tədbirdən öncə götürməyinizi təkidlə tövsiyə edirik. Biletlərinizi 3 Aprel 2015-ci ildən etibarən Rəsmi Şəhər Bilet Satışı Məntəqələrindən və 12 İyundan etibarən Yarış Obyektinin Bilet Satışı Kassalarından əldə edə bilərsiniz. Bilet almaq üçün Yarış Obyektindəki Bilet Satışı Kassalarının siyahısı tezliklə Bilet Satışı veb səhifəsində dərc ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti