Hamlet İsaxanlı: `Qızım ağılsızlıq edib` - VİDEO

Hamlet İsaxanlı: `Qızım ağılsızlıq edib` - VİDEO
  19 Mart 2015    Oxunub:4031
Bakı Apelyasiya Məhkəməsində martın 9-da paytaxtın Azadlıq prospektilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verən insidentdə təqsirləndirilən qardaşlardan biri Zaur Məmmədov barəsində həbs qərarı çıxarılıb.
AzVision.az ans-ə istinadən xəbər verir ki, hadisə iştirakçısı olduğu iddia edilən digər qardaş Elin Məmmədov isə zaminə buraxılıb. Döyülmə faktında qızının adı hallanan Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı açıqlama verərək, qızı Ülkər İsayevanın hadisə zamanı döyülməsi barədə iddiaları təkzib edib.

Ata deyir ki, qızı rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd ediblər. Dağılışanda isə qızları evlərinə ötürərkən məclisdə iştirak edən Katya adlı qızı da götürüblər. Sərxoş olan qızın söyüş söyməsi isə konfliktə yol açıb. Avtomobildə olan oğlanlar qıza əl qaldırıblar, döyülən Ülkər olmayıb.

“Bu uşaqların polisə və ya məhkəmə çağrıldıqları baradə məlumatım yoxdur. Onda mənim qızım ağılsızlıq edib. Qızım yoldaşlarını xilas etmək məqsədilə deyib ki, orada heç nə olmayıb. Əslində o mən idim və heç bir şikayətim də yoxdur”, - Hamlet İsaxanlı bildirib.




Teqlər:





Xəbər lenti