Komissiyanın iclası sabah baş tutacaq

Komissiyanın iclası sabah baş tutacaq
  21 May 2013    Oxunub:1096
Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın növbəti iclası keçiriləcək
AzVision.az-ın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. M. Abbaszadə bildirib ki, iclasda 2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul planının TQDK-ya təqdim olunması gözlənilir.

Onun sözlərinə görə, bundan sonra həmin plan “Abituriyent-3” jurnalında əks olunacaq: “Növbəti tədris ili üçün müsabiqə vəziyyəti də təqdim ediləcək qəbul planından asılı olacaq. Əgər qəbul planı artarsa, müsabiqə vəziyyəti aşağı düşəcək. Keçid ballarının aşağı düşməsi və ya olduğu kimi qalması da qəbul planından asılı olacaq”.

Anar


Teqlər:  





Xəbər lenti