Sami Yusif deputatla 2 saat nədən danışdı? -FOTOLAR

Sami Yusif deputatla 2 saat nədən danışdı? -FOTOLAR
  13 Mart 2015    Oxunub:4646
Dünya şöhrətli müğənni Sami Yusif azərbaycanlı millət vəkili ilə görüşüb.
AzVision.az-ın məlumatına görə, Qənirə Paşayeva bu barədə öz sosial şəbəkədəki səhifəsində məlumat və fotolar paylaşıb.

"Dəyərli dost və qardaşım, dünyada tanınmış azərbaycanlı sənətçi Sami Yusiflə 2 saatdan çox gözəl bir söhbət etdik. Azərbaycandan, Qarabağ münaqişəsindən, Xocalı Soyqırımından, Təbrizdən, Ərdəbildən, Urmiyadan, tariximizdən, bu gün və gələcəyimizdən, sufi dədələrimizdən, sufizmdən, tasavvufdan, musiqimizdən, folklorumuzdan gözəl bir söhbət etdik. Dəyərli qardaşım Sami Yusuf dəyərli bir sənətçi olmaqla bərabər gözəl bir insan və çox savadlı bir ziyalı, gerçək Allah dostudur. Dünya tarixi, ədəbiyyatı, musiqisini gözəl bilməklə yanaşı sufizmin, tasüvvuf ədəbiyyatının gözəl bilənlənlərdən biridir. Onunla söhbətdən doymaq olmur".



Deputat müğənniyə Qarabağ xanəndələri, muğam, xalq musiqilərimiz, böyük sənətkarlarımızın əsrlərinin albomlarını, Qarabağ həqiqətləri ilə bağlı kitab və filmləri hədiyyə edib. S.Yusif isə "bundan böyük hədiyyə ola bilməzdi" deyərək Azərbaycan musiqilərindən ürəkdən və sevgi ilə söhbətlərini dinləməkdən zövq aldığını bildirib.



"Azərbaycanda olmaqdan çox xoşbəxtdir. Çünki Vətənindədir. İnşallah "Sarı Gəlin" adlı 2 gün gözəl konsertlərlə çıxış edəcək və inanıram ki, insanlarımız böyük zövq alacaqlar. Sarı gəlin əsərinin ən gözəl ifaçılarındandır Sami Yusif. Dəyərli qardaşıma ailəsi ilə birlikdə hər zaman mutluluq, daha da böyük uğurlar diləyirəm. Azərbaycanlı olmaqdan fəxr etdiyini deyən dəyərli qardaşımla biz də hər zaman fəxr edirik".

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti