Atambayev Bakıya gəlir

Atambayev Bakıya gəlir
  12 Mart 2015    Oxunub:1815
Qırğızıstan Prezidenti və Maltanın Baş naziri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Maltanın Baş naziri Cozef Muskat III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Bu məqsədlə hər iki dövlət və hökumət başçısının aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılır.

Səfər çərçivəsində A.Atambayev və C.Muskatın III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirakı ilə yanaşı, bır sıra rəsmi görüşləri də gözlənilir.

Qeyd edək ki, III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 27-30 Bakıda keçiriləcək. Tədbirdə onlarla ölkədən sabiq və hazırkı dövlət, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, alimlər olmaqla 350 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulub.

Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlərini geniş müzakirə ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti