Baş Prokurorluq təkzib etdi

Baş Prokurorluq təkzib etdi
  11 Mart 2015    Oxunub:1341
Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində dövlət orqanlarına məxsus "İnfiniti" markalı avtomobilin sürücüsünün yol-nəqliyyat hadisəsi törətməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, martın 1-də saat 05:30 radələrində Səbail rayonu ərazisində paytaxt sakini Süleyman Rizvanova məxsus "İnfiniti" markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış "Toyota Camry" və digər nəqliyyat vasitələrinə dəyib. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb, avtomobillərə dəyən ziyanın müəyyən edilməsi, eləcə də hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin DYP şöbəsində araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti