Pakistan prezidentinə görə Bakıda yollar bağlanır

Pakistan prezidentinə görə Bakıda yollar bağlanır
  11 Mart 2015    Oxunub:1569
Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfər ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən (BŞBPİ DYPİ) AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev və Neftçilər prospektləri, Yusif Səfərov, Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Sabah isə yuxarıda sadalanan küçə və prospektlərlə yanaşı Parlament prospektində, Mehdi Hüseyn, Niyazi, İstiqlaliyyət, Lermontov və Teymur Elçin küçələrində nəqliyyatın hərəkəti fasilələrlə dayandırılacaq.

BŞBPİ DYPİ sürücülərə göstərilən istiqamətlərdə nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edir.


Teqlər:  





Xəbər lenti