Cəbhə bölgəsi minalardan təmizlənir

Cəbhə bölgəsi minalardan təmizlənir
  10 Mart 2015    Oxunub:1072
2015-ci ilin fevral ayı ərzində 1.812.466 kvadratmetr ərazi yoxlanılıb və minalardan, partlamamış hərbi sursatdan təmizlənib.
179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) AzVision.az-a verilən məlumata görə, əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 281.166.915 kvadrat metr ərazi təmizlənib.

Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689.883-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.

Məlumatın minadan zərərçəkənlər hissəsində qeyd edilir ki, 2015-ci ilin fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti