Olimpiya çempionları qəzaya düşdü – 10 ölü

Olimpiya çempionları qəzaya düşdü – 10 ölü
  10 Mart 2015    Oxunub:2305
Fransanın “Survivor” verilişinin çəkilişləri üçün Argentinaya gedən işçi heyəti və yarış iştirakçıları helikopter qəzasına uğrayıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, iki helikopterin toqquşması nəticəsində baş verən qəza nəticəsində 10 nəfər həlak olub.

Hadisə paytaxt Buenos-Ayresin 1170 kilometr şimal-qərbindəki La Rioya əyalətində baş verib. Helikopterlərin toqquşmasının səbəbi hələ ki, məlum deyil. Ölənlərdən 8-i fransız vətəndaşı, ikisi isə argentinalı pilotdur. Qəzada həyatını itirən fransızlardan 3-ü olimpiya medalçıları – Florens Artaud, Kamille Mafat, Aleksis Vastindir.

Heç kimin sağ qalmadığı qəzayla bağlı Fransa prezidenti Fransua Olland da açıqlama verib: “8 vətəndaşımızın qəfil ölümünü hamımızda dərin hüzn yaratdı”.










Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti